ASAN xidmətlərlə bağlı qeydlər

1. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 10:00-dan 19:00-dək, şənbə və bazar günləri 10:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.

2. Digər xidmətlərlə bağlı sənədlərin qəbulu həftənin beş günü saat 10:00-dan 19:30-dək, şənbə və bazar günləri 10:00-dan 16:30-dək fasiləsiz həyata keçirilir.

3. Hazır sənədin verilməsi “ASAN xidmət” mərkəzlərinin iş qrafikinə uyğun həftənin beş günü saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 17:00-dək fasiləsiz həyata keçirilir.

4. Sabirabad, Gəncə, Bərdə, Qəbələ və Masallı "ASAN xidmət" mərkəzlərində sənədlərin qəbulu və hazır sənədlərin verilməsi həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri 09:00-dan 16:00-dək fasiləsiz həyata keçirilir.