Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 20-26 mart Novruz bayramı münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Mətbuat


“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib
28 yanvar 2017
Press reliz

28 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “ASAN həyat” kompleksində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib. Tədbirdə “ASAN xidmət” və Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Ətraflı...

Masallıda “Fitnə” filmi nümayiş olunub
28 yanvar 2017
Press reliz

28 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Masallı “ASAN həyat” kompleksinin ərazisində yerləşən kino klubda “Fitnə” sənədli filmin təqdimatı olub.

Ətraflı...

“ASAN xidmət”in Fransa Milli Assambleyasında təqdimatı keçirilib
28 yanvar 2017
Xəbərlər

Parisdə “Dövlət xidmətlərinə çıxış və vətəndaşlıq” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti təmsil edib.

Ətraflı...

Ölkə ərazisinə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində
27 yanvar 2017
Press reliz

Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Ətraflı...

Ukraynanın sosial siyasət naziri “ASAN xidmət”də
27 yanvar 2017
Press reliz

27 yanvar 2017-ci il tarixində Ukraynanın sosial siyasət naziri cənab Andrey Revanın başçılıq etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin və ASAN Radionun fəaliyyəti ilə tanış olub.

Ətraflı...