Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Özünəxidmət


“ASAN xidmət” mərkəzlərinin fəaliyyət istiqamətlərindən biri də özünəxidmətdir.

Özünəxidmət dedikdə mərkəzlərdə daim internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulur.

Kompüteri olmayan vətəndaşlar mövcud elektron xidmətlərdən yararlanmaq üçün “ASAN xidmət” mərkəzlərinə gəlib daim internetə açıq kompüterlərdən istifadə edə bilərlər. Həmçinin dövlət orqanlarının saytları vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlar  “ASAN xidmət” əməkdaşlarının köməyindən yararlana bilərlər.

Hazırda bütün “ASAN xidmət” mərkəzlərində özünəxidmət bölmələri fəaliyyət göstərir. 

“ASAN xidmət” mərkəzlərində quraşdırılmış avadanlıqlar və onların istifadə qaydaları