Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 20-26 mart Novruz bayramı münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzi Dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin göstərilməsini həyata keçirəcək və tezliklə respublikanın bütün regionlarını əhatə etməklə fəaliyyətə başlayacaq.

“Çağrı” mərkəzi əhalinin ASAN Xidmətlər barədə suallarının vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən, operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və rastlaşdıqları hüquqpozmalar barədə müraciət etmələri məqsədilə yaradılmışdır.

Respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz «108» nömrəsini, mobil operatorlardan isə ödənişli olaraq «Azercell» və "Nar" nömrələrindən «108», «Bakcell» nömrələrindən  isə «012 108» yığmaqla “Çağrı” mərkəzinin xidmətlərindən yararlanmaq mümkündür.

“Çağrı” mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi asan@asan.gov.az ünvanına göndərə bilərsiniz.

 İş rejimi:              

”Çağrı” mərkəzi bazar ertəsi- cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək canlı iş rejimində, bayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir.