Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Xidmət haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi “ASAN xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə informasiya xidmətinin göstərilməsini həyata keçirir. 

Çağrı Mərkəzi əhalinin "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə suallarının vaxt itirmədən, xidmət mərkəzlərinə getmədən, operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və rastlaşdıqları hüquqpozmalar barədə müraciət etmələri məqsədilə yaradılmışdır.

Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün Respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsiz, mobil operatorlardan isə ödənişli olaraq 108 nömrəsini yığa bilərsiniz.  

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi asan@asan.gov.az elektron poçt ünvanı, 108 Çağrı Mərkəzi, onlayn əlaqə, “ASAN xidmət” mərkəzinin rəsmi facebook səhifəsi, videoqəbul vasitəsi ilə bildirə bilərsiniz. 

İş rejimi:              

Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək canlı iş rejimində, bayram və istirahət günlərində isə 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərir.