Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi

Xidməti həyata keçirən orqan:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi


Zəruri olan sənəd:

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

İştirak etməli olan şəxs:

  • Yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxsin özü və ya qanuni nümayəndəsi;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği:

Xidmət ödənişsiz həyata keçirilir.

Qeyd: xidmət müvafiq “ASAN xidmət” mərkəzinin əhatə dairəsində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxslərə göstərilir.