Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Lisenziyaların verilməsi

Xidməti həyata keçirən orqan:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi



Lisenziyaların verilməsi:


Lisenziya almaq üçün ərizəçi lisenziya verən dövlət orqanına aşağıdakı sənədləri təqdim edir:


1. Lisenziya almaq üçün aşağıdakıları əks etdirən ərizə:

  • ərizəçi fiziki şəxs olduqda - onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilməsi, ünvanı);
  • ərizə hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) adından verildikdə - onun adı və hüquqi ünvanı;
  • tələbin qısa məzmunu;
  • ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
  • hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin (xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin) möhürü;
  • ərizəyə əlavə olunan sənədlərin siyahısı;

2.  Hüquqi şəxsin, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin dövlət reyestrindən çıxarışının surəti;

3.  Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

4.  Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi obyektlə bağlıdırsa);

5.  Fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən şərtlərin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavə şərtlərin yerinə yetirildiyini təsdiq edən sənədlər.


Ərizəyə baxılma müddəti:


-  Lisenziya verən dövlət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə məlumat verir (ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, lisenziya verən dövlət orqanı, zəruri hesab etdikdə konkret fəaliyyət növünün xüsusiyyətlərindən asılı olaraq müvafiq rəy alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət etdikdə, lisenziya verən dövlət orqanı ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə tətbiq olunan müddətlər qeyd olunan müddətə daxil edilmir).

 

Qeyd 1: Lisenziyalar müddətsiz verilir.


Qeyd 2: Xidmət hazırda Bakı şəhəri üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində, regionlar üzrə isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.


Qeyd 3: Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üzrə lisenziyanın verilməsi üçün ərizəçi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında lisenziya müqaviləsi imzalanır.

 

Lisenziya verilən fəaliyyət növlərinin siyahısı və xidmətə görə nəzərdə tutulan dövlət rüsumunun məbləği:

Sıra nöm-rəsi

Fəaliyyət növünün adı

Dövlət rüsumunun məbləği (manatla)

1.

Toksiki istehsalat tullantılarının:

 

1.1.

utilizasiyası

550

1.2.

zərərsizləşdirilməsi

550

2.

Özəl tibb fəaliyyəti

2250

3.

Əczaçılıq fəaliyyəti:

 

3.1.

dərman vasitələrinin istehsalı

2250

3.2.

dərman vasitələrinin topdansatışı

20000

3.3.

dərman vasitələrinin pərakəndə satışı

1000

4.

Prekursorların:

 

4.1.

istehsalı

250

4.2.

idxalı

250

4.3.

ixracı

250

4.4.

tranzit nəql edilməsi

250

5.

Təhsil fəaliyyəti:

 

5.1.

məktəbəqədər təhsil müəssisələri

1250

5.2.

ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla)

10000

5.3.

ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri)

2000

5.4.

orta ixtisas təhsili müəssisələri

2000

5.5.

ali təhsil müəssisələri

13750

5.6.

əlavə təhsil müəssisələri

1500

5.7.

dini orta ixtisas təhsili müəssisələri

2000

5.8.

ali dini təhsil müəssisələri

13750

6.

Rabitə xidmətləri:

 

6.1.

telefon (məftilli)

2500

6.2.

radiotrank və simsiz telefon

2500

6.3.

sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)

1000000

6.4.

İP-telefoniya (internet telefoniya)

50000

6.5.

ölkədaxili telekommunikasiya kanallarının təşkili

2500

6.6.

beynəlxalq telekommunikasiya kanallarının təşkili

5500

6.7.

məlumatların ötürülməsi (data)

3000

6.8.

sürətli poçt xidməti

1250

7.

Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması

550

8.

Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması

250

9.

Maye və təbii qaz təsərrüfatı obyektlərinin:

 

9.1.

quraşdırılması

1100

9.2.

istismarı

1100

10.

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

1100

11.

Liftlərin quraşdırılması və təmiri fəaliyyəti

250

12.

Attraksionların istismarı

1250

13.

Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri

1250

14.

Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

1250

15.

Yanğından mühafizə fəaliyyəti:

 

15.1.

müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması

1800

15.2.

yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi

1800

15.3.

yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

1800

15.4.

yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

1800

16.

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri

550

17.

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri

550

18.

Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi

550

19.

Özəl baytarlıq təbabəti fəaliyyəti

220

20.

Baytarlıq preparatlarının:

 

20.1.

istehsalı

1500

20.2.

satışı

220

21.

Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:

 

21.1.

istehsalı

1000

21.2.

idxalı

500

22.

Fərdi ovçuluq təsərrüfatlarının təşkili

550

23.

İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü

250

24.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

1100