Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, 25, 26, 27, 28 iyun tarixlərində isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.
az | en

Ümumvətəndaş pasportu almaq üçün hansı sənədlər tələb olunur?

Ümumvətəndaş pasportu almaq üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket;
  • vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı;
  • 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə).