Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Şəxsiyyət vəsiqəsinin 25, 35, 50 yaşlarında dəyişdirilməsi üçün hansı sənədlər tələb olunur?

"ASAN xidmət" mərkəzlərinə aşağıdakı sənədlərlə müraciət edə bilərsiniz:

  1. Ərizə-anket;
  2. Şəxsiyyət vəsiqəsi;
  3. Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  4. 3x4 ölçüdə 2 (iki) ədəd rəngli fotoşəkil;

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyət vəsiqəsini 3 iş günü müddətində əldə etmək üçün dövlət rüsumu 10 manat, 10 gün müddətində əldə etmək üçün isə 1 manatdır. Mərkəzdə fotoşəklin çəkilməsi və dövlət rüsumunun ödənilməsi xidmətləri də mövcuddur.