Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Səyyar ASAN xidmət Mərdəkan və Abşeron Gənclər Evində

16 may 2017


Səyyar ASAN xidmət 16 – 31 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində  vətəndaşlara səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC  və “Azəriqaz” İB) göstərəcək.

Bununla yanaşı, Səyyar ASAN xidmət tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Qeyd edək ki,  Səyyar ASAN xidmətin 10 avtobusu və həmçinin səyyar ASAN qatar dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Ətraflı məlumat üçün vətəndaşlar 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.