Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
az | en

Kredit borcuna görə şəxsiyyət vəsiqəsinin verilməməsinə dair “ASAN xidmət”dən açıqlama

11 yanvar 2017

Son günlər sosial şəbəkələrdə və bir sıra KİV-də “ASAN xidmət” mərkəzlərində borca görə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrinin verilməməsi ilə bağlı məlumatlar dərc olunub.

Bildiyimiz kimi, Azərbaycan Respublikası ərazisində şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Məsələ ilə bağlı DİN-nin açıqlanmış rəsmi mövqeyinə əsasən, hər bir vətəndaşın şəxsiyyət vəsiqəsi almaq hüququ var və bu hüquq da Daxili İşlər Nazirliyinin vətəndaşları şəxsiyyət vəsiqələri ilə təmin edən bütün qurumlarında, eləcə də bütün “ASAN xidmət” mərkəzlərində birmənalı olaraq tanınıb və tanınır.

Vətəndaşlar şəxsiyyət vəsiqəsinin alınması problemi ilə üzləşdikdə mütləq qaydada Daxili İşlər Nazirliyinin 102-Zəng Xidməti və ya “ASAN xidmət”in 108 Çağrı Mərkəzinə müraciət etməlidir. Belə müraciətlər operativ və obyektiv olaraq araşdırılacaq və nəticəsindən asılı olaraq qanuni qərar veriləcək.

Bir daha xatırlatmaq istərdik ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstəriən xidmətlər, rüsümlar barədə suallarını və üzləşdiyi neqativ hallarla bağlı şikayətlərini 108 Çağrı Mərkəzinə ünvanlaya bilər.

Ətraflı: http://www.sherg.az/