Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzlərinin keyfiyyətli idarə olunması ilə bağlı İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülmüşdür.

İSO – Beynəlxalq Standartlaşdırma Təşkilatı olaraq beynəlxalq standartları inkişaf etdirir. 1947-ci ildə yaradılmış və İsveçrədə yerləşən bu beynəlxalq təşkilat idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19500-dən çox beynəlxalq standart müəyyənləşdirmişdir.

Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.

İSO 9001:2008  standartı vətəndaşyönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır.

Qeyd edək ki, Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri ölkəmizdə öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanan nadir dövlət qurumlarındandır.