Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en

“ASAN xidmət” Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan  “ASAN xidmət” mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və  müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub.

1950-ci ildə yaradılan Britaniya Əməyin Mühafizəsi Şurası 2004 – cü ildə beynəlxalq dərəcəli təşkilat statusunu alıb. Təşkilatın başlıca məqsədi dünyada mövcud olan müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində gördüyü işləri qiymətləndirməkdir. Belə ki, əməyin mühafizəsi sahəsində Keyfiyyətli İdarəetmə Sistemi quran istənilən müəssisə bu təşkilata müraciət edə bilər. Qalib olan bütün müəssisələrin nümayəndələrinə sertifikat təntənəli şəkildə hər il London şəhərində keçirilən mərasimdə təqdim edilir. Müəssisənin adı “British Safety Council” təşkilatının rəsmi internet saytında dərc olunur. Həmçinin, təqdimetmə mərasimi BBC telekanalında nümayiş etdirilir.