Please ensure Javascript is enabled for purposes of website accessibility

BMT Baş katibinin müavini “ASAN xidmət”də

30 noyabr 2018-ci il tarixində BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 25 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Eyni zamanda, qonaq “ABAD” publik hüquqi şəxs, “ASAN Radio”, 108 “Çağrı” mərkəzi və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olub.

Həmçinin qonaq “ASAN Radio”ya müsahibə verib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

A- A A+

Digər press-relizlər