Please ensure Javascript is enabled for purposes of website accessibility

Sudan nümayəndə heyəti “ASAN xidmət”də

18-23 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmək məqsədi ilə Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

Səfər çərçivəsində 20 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyətini qəbul edib.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, inkişaf yolu, həyata keçirilən xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib.

Qonaqlar, həmçinin “ASAN xidmət” mərkəzi, 108 “Çağrı” mərkəzinin yeni inzibati ofisi, “ABAD” sərgi-satış mərkəzi, “ASAN radio” və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.

A- A A+

Digər press-relizlər