Türkiyə mətbuatı Yalçın Topçunun "ASAN xidmət"lə tanışlığından yazıb

Türkiyənin tanınmış xəbər agentliklərində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət"lə tanışlığı ilə bağlı məlumat dərc olunub.

Qeyd olunub ki, vətəndaşlara 15 xidmət mərkəzində 320 fərqli xidmət göstərilir. Azərbaycan brendi olan "ASAN xidmət" vasitəsilə daha çevik, şəffaf və bürokratiyadan uzaq xidmət təmin edilir.


Dövlət xidmətlərinin vətəndaşlara xüsusi təchiz olunmuş avtobuslarla çatdırılması da diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, TİKA tərəfindən qurulan "ASAN Radio" vasitəsi ilə dövlət xidmətlərinin vətəndaşlara daha effektiv və düzgün çatdırılması təmin olunur.


Məqalələrə keçid:

http://bit.ly/2FE8evT

http://bit.ly/2r3Z0il

http://bit.ly/2r3Z95n

A- A A+

Digər press-relizlər