Please ensure Javascript is enabled for purposes of website accessibility
Dövlət Agentliyi hüquqi və fiziki şəxslərə növbəti xəbərdarlığı edir Ətraflı

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.

Aprel ayında “ASAN Login” sistemindən 264 000-dən çox vətəndaş qeydiyyatdan keçib Ətraflı

Son günlər dünyada və Azərbaycanda yayılan koronavirus (COVID-19) pandemiyası səbəbi ilə sosial izolyasiya tədbirləri qaçılmaz olub. Cəmiyyət üçün təhlükənin qarşısının alınması məqsədi ilə hər bir vətəndaş xüsusi karantin rejiminin tələblərinə əməl etməlidir. Bütün bunlar isə rəqəmsal xidmətlərdən istifadəni labüd edir. Bu məqamda, rəqəmsal xidmətlərdən istifadəni rahatlaşdıran “ASAN Login” vahid...

9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.

Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir Ətraflı

Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi vətəndaşların sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətlərinin bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib.

Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

SMS müraciət sisteminə dair tələb və tövsiyələr Ətraflı

Qısa müddətdə yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə 5 aprel 2020-ci il tarixdən vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb.