Please ensure Javascript is enabled for purposes of website accessibility
Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib Ətraflı

   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.

“Hərbiyyə - 101” düşərgəsi davam edir Ətraflı

"Hərbiyyə -101" düşərgəsinin 3-cü günündə fiziki hazırlıqlar üzrə məqbulların qəbulundan sonra Təlim Mərkəzində zirehli texnikaların sürülmə əsasları, üsul və qaydaları, tapşırıqlar, şəxsi heyətin qiymətləndirilməsi, marşrut boyu maneələrin dəfetmə qaydaları izah edilib.

“ASAN Yay Festivalı” Bərdədə Ətraflı

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" Bərdə rayonunda keçirilib.

"Hərbiyyə - 101" düşərgəsində 2-ci gün Ətraflı

"Hərbiyyə - 101" düşərgəsinin ikinci günündə iştirakçılar ilk olaraq Füzuli rayonunun Horadiz şəhərində ulu öndərin abidəsi önünə çələng qoyublar. Həmçinin Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

“Hərbiyyə-101” düşərgəsinə start verilib Ətraflı

5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 2 sentyabr – 1 oktyabr Binəqədi, Maştağa və Binə qəsəbələri, Şəmkir, Cəlilabad, Ağcabədi, İsmayıllı, Qazax, Balakən və Beyləqanda, 5 – 16 sentyabr Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.