Please ensure Javascript is enabled for purposes of website accessibility
“ASAN xidmət”in yeni siması - Mr.ASANT Ətraflı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət xidmətləri sahəsində brendə çevrilib. Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib edib.

Səyyar ASAN Kommunal Masazırda Ətraflı

17 - 29 dekabr 2018-ci il tarixində Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Masazır qəsəbəsində səyyar formada xidmətlər həyata keçiriləcək.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 27 noyabr – 26 dekabr Astarada, 30 noyabr – 29 dekabr Salyan və Yevlaxda, 3 - 27 dekabr Zaqatalada, 7 – 26 dekabr Pirallahıda, 8 - 27 dekabr Naftalanda, 10 – 29 dekabr Şabranda, 14 - 28 dekabr Xırdalan, Qobustan və Şirvanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

İşlə təmin olunan 1000-ci ASAN Kadr məlum oldu! Ətraflı

“ASAN Könüllülük” Məktəbinin məzunu olan Elmira Rəhimli 1000-ci ASAN Kadr olub. Belə ki, o, ASAN Kadr vasitəsi ilə ölkənin aparıcı banklarından biri olan Bank Respublikada kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunub.

Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb Ətraflı

11 dekabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub.