Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi
Zəruri olan sənədlərin siyahısı
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
İştirak etməli olan şəxslərin siyahısı
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölmüş şəxsin qohumları;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumunun məbləği
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnəmələrin (təkrar şəhadətnamələrin) verilməsi üçün 2 manat dövlət rüsumu ödənilir.