Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
Hörmətli vətəndaşlar! 28 may Respublika günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür
az | en


Onlayn dialoqa başla

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərininin fəaliyyəti ilə bağlı əhali arasında məlumatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif innovativ tətbiqlər həyata keçirilir.

"ASAN xidmət"-in www.asan.gov.az internet saytında yaradılmış onlayn əlaqə funksional bölməsi vasitəsi ilə vətəndaşlar mərkəzlər, həyata keçirilən xidmət növləri barədə ətraflı məlumat əldə edə bilərlər. Müraciətlər Dövlət Agentliyinin sturuktur bölməsi olan “Çağrı” mərkəzinin əməkdaşları tərəfindən qəbul edilərək dərhal cavablandırılır.

Vətəndaşlar, həmçinin, onlayn əlaqə funksional bölməsi vasitəsi ilə mərkəzlərdə rastlaşdıqları hüquqpozuntuları barədə müraciət edə, öz şikayət və təkliflərini bildirə bilərlər.

Onlayn əlaqə funksional bölməsi bazar ertəsi- cümə günləri saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.