Please ensure Javascript is enabled for purposes of website accessibility

Milli Qurtuluş gününə həsr olunmuş konsert keçirilib

İyunun 12-də Qubadakı “Yaşıl teatr”da 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə konsert proqramı təşkil olunub.

Quba Rayon İcra Hakimiyyəti, “ASAN xidmət” və ASAN Radionun birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

Tədbir zamanı iştirakçılara Milli Qurtuluş gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Konsert proqramında sənətçilər səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa ediblər.

A- A A+

Digər press-relizlər