Please ensure Javascript is enabled for purposes of website accessibility
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi və ˝Tech Diaspora˝nın birinci forumu keçirilib Ətraflı

20 fevral 2020-ci il tarixində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib. Azərbaycan İnnovasiyalar Evi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən yaradılıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib Ətraflı

17 – 18 fevral 2020-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında iştirak edib

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul Qaydalarına uyğun olaraq Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların növbəti qəbulunu həyata keçirib.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 3 – 29 fevral Biləcəri, Şirvan, Şəmkir, Xırdalan, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Qazax, Zaqatala və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib Ətraflı

“ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati, “İTOÇU Oyl” kompaniyasının maliyyə dəstəyi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr edilmiş “Yaşıl İncəsənət” III rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Dövlət Agentliyinin sədr müavini Nepala səfər edib Ətraflı

26-28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepala səfər edib. Ölkəmizin Hindistan Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilən səfər dövlət xidmətlərinin göstərilməsi, elektronlaşma, xidmətlərin inteqrasiyası, elek...

Əfqanıstan nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

Əfqanıstanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “ASAN khedmat”in nümayəndə heyəti müxtəlif istiqamətlərdə təlimlərdə iştirak məqsədilə növbəti dəfə Azərbaycanda səfərdə olub.